Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

ANS-in rüşvət manevri

Xəbər verildiyi kimi, jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişməsindən sonra həkim məsuliyyətsizliyi mövzusu təkrar gündəmə gəlib. Yazılı və elektron mətbuat orqanları ilə yanaşı, telekanallar da mövzuya yer ayırıblar.

AzNews.az-ın məlumatına görə, ANS telekanalında ötən həftə yayımlanan, Elçin Əlibəylinin müəllif proqramı olan “Açıq söhbət”də də məhz Elnarə Tofiqqızının ölümü ilə bağlı məsələnin müzakirə ediləcəyi gözlənilirdi.

Verilişin bir neçə gün ərzində yayımlanan anonsunda tamaşaçılara müraciətlə proqramda hansı özəl xəstəxanada ölüm faktının baş verməsi ilə bağlı məlumat veriləcəyi bildirilirdi. Ancaq gözlənilmədən proqramın ilk yayımlanan anonsunun mətni dəyişdirilib. Belə ki, sonradan səslənən anonsda özəl klinikalarda qiymətlərin baha, xidmətin isə bu qiymətlərə nisbətən aşağı səviyyədə olması əksini tapıb. Axşam yayımlanacaq proqramın anonsundakı dəyişiklik verilişın mövzusunun da dəyişdirildiyi ehtimalını yaradır. Belə güman etmək olar ki, əvvəlki anonsun efirə verilməsindən sonra “Medi Sina” klinikasının rəhbərliyi ilə müəyyən anlaşma əldə edilib və verilişin axarı dəyişdirilib. Media bu ehtimallardan çıxış edərək özəl klinika ilə verilişin aparıcısı arasında gizli maliyyə sövdələşməsi olduğunu iddia etmişdi.
2497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP