Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Diş xəstəlikləri artıq çəkiyə səbəb olur

İnsanın bütün daxili orqanları birbaşa ağız və ağız boşluğu ilə əlaqəli olduğundan həkimlər bu sahədə ciddi xəbərdarlıq edirlər. Belə ki, dişlər çürük olduqda və ya hər hansı bir əksiklik meydana gəldikdə bu artıq kiloların yaranmasına səbəb ola bilər.

Diş əksikliyi insanın artıq çəki toplamasına səbəb olan təhlükəli amillərdəndir.

Ortalama hesaba görə, hər bir insan il ərzində ən azı iki dəfə dişlərini müayinədən keçirməlidir. Bu qaydalara riayət etməklə sağlam diş və diş ətinə sahib ola bilərsiniz.

Çürük dişlərin yaratdığı xəstəliklərə təəccüblənəcəksiniz

Məlumatlarda bildirilir ki, çürük dişlərə laqeyd yanaşmaq bədəndə mikrobların yayılmasına səbəb ola bilər. Bu isə qarşısı alınmaz şəkər xəstəliyinə, immun sisteminin zəifləməsinə, ürək-damar xəstəliklərinə, eləcə də qanda şəkərin miqdarının dəyişməsinə səbəb ola bilər.

Qeyd edək ki, araşdırmaçılar gec-gec təmizlənən dişlərin də artıq çəkiyə səbəb ola biləcəyini bildiriblər./axar/
1651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22