Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Dənizdən çıxan qədim kompüter - Foto

Elm adamları minillik bir tarixə dayanan və dəniz sularında qərq olan obyektləri gərgin axtarışlar nəticəsində üzə çıxarmağı bacarıb.

Dənizin dibindən çıxarılan zinət əşyaları, qədim qurğular və bir çoxlarının varlığına inanmadığı sualtında qalmış şəhər həyatın mürəkkəb sirlərlə dolu olduğuna dəlalət edir.

Yunanıstanın antik kompüteri

1900-cü ildə Elias Stadiatos adlı bir yunan Antikzera adlı kiçik bir adanın yaxınlığında qədim zamanlarda batmış bir gəmi tapıb.

Bu, təxminən eramızdan əvvəl 87-ci ildə batan bir yük gəmisi idi. İçində olan “Antikzera” qurğusu ən köhnə çarxlı qurğulardandır. Bu qurğu kəşf edildiyi gündən bu yana elm və texnologiya sahəsində araşdırma aparan tarixçilər üçün hələ də sirr olaraq qalıb.

Bu qurğunun hansı işə yaramasıyla əlaqədar ən çox qəbul edilən görüş ondan ibarətdir ki, qurğu göy cismlərinin səmadakı mövqelərini modelləşdirməyə yarayan cihaz, "analoq kompüter"dir.

“Apollo 11”-in mühərrikləri

2013-cü ilin mart ayında “Amazon”un idarə heyətinin sədri Jeff Bezos ağlasığmaz bir şey etməyə qərar verərək, “Apollo 11”in dənizin dibində basdırılmış mühərriklərini çıxartmağın vaxtı gəldiyini bildirdi.

Kosmos gəmisinin parçaları 1969-dan bəri okeanda qalmışdı. Çıxarılan mühərrik parçaları “Kanzas Cosmosphere” və Kosmos Mərkəzində sərgilənmək üçün təmir edildi.

Antik şəhər

Şəhərin hamısını su üzərinə çıxarmaq mümkün olmasa da, tarixin dərinliklərində itdiyi güman edilən şəhərin varlığı sübut olunub. Günümüzün müasir texnologiyaları su altındakı bu yerləri yenidən kəşf etməyə imkan yaratdı.

Bunların ən diqqət çəkən nümunələrindən biri 2000-ci ildə Misir sahillərinin dərinliklərində tapılıb. Batmış Tonis şəhəri min illik bir keçmişə sahibdir.

Çıxarılan və bərpa edilən bəzi tapıntılar keçmiş dövrün zənginliyini göz önünə çıxarır.


1572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı