Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Azərbaycanda ötən il 1800 körpə ölüb

Ötən il Azərbaycanda 172 mindən çox uşaq dünyaya gəlib, 1, 8 min körpə isə dünyasını dəyişib.

Virtualaz.org-un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin azvision.az-ın sorğusuna cavabında bildirilib. Komitədən verilən məlumata görə, bu göstərici ötən il ərzində qeydə alınıb: “2013-cü ildə ölkədə 172,6 min körpə doğulub, onlardan ölənlərin sayı 1,8 min nəfər təşkil edib”.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə isə son 3 illə müqayisədə bu il 1 yaşa qədər körpələr arasında ölüm faktı azalıb. Belə ki, 2011-ci ildə 1903 körpə ölüb.

2012 – ci ildə isə 1884 körpə ölümü qeydə alınıb. Bu isə hər 1000 nəfərə 10,8 nəfər deməkdir. 2013 –cü ilin 6 ayı ərzində 900 nəfər 1 yaşa qədər körpə dünyasını dəyişib. Ölkədə 2011-ci ildə ölən 1903 körpədən 1536 nəfəri şəhər, 367 nəfər kənd yerlərinin payına düşür. 2012-ci ildə isə tələf olan 1884 körpədən 1524-ünü şəhər, 360-ı kənd yerlərindən olan uşaqlar təşkil edib.
1521 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP