Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

ABŞ-ın maliyyə sistemi ölkənin defoltuna hazırlaşır

Bu ilin oktyabrın 17-də ABŞ-da Maliyyə Nazirliyinin borc öhdəliklərinin yerinə yetirilməsi üzrə defolt elan edilə bilər.

Bu, həmin tarixə qədər dövlət borcu üzrə limitin qaldırılmayacağı halda baş verəcək.

Xatırladaq ki, Konqresin aşağı palatasında çoxluq təşkil edən Respublikaçılar fraksiyası prezident tərəfindən təqdim edilən və dövlət borcunun limitinin artırılmasını nəzərdə tutan federal büdcəsini qəbul etmir. Bunun nəticəsində oktyabrın 1-dən əksər büdcə qurumları fəaliyyətini dayandırıb. Lakin ən təhlükəli bu deyil. Daha təhlükəlisi ABŞ tərəfindən defoltun elan edilməsidir. Belə ki, oktyabrın 17-də Maliyyə Nazirliyinin qısamüddətli istiqrazları üzrə 120 mlrd. dollar ödənilməlidir. Bundan sonra oktyabrın 24-də də istiqrazlar üzrə daha 93 mlrd. dollar qaytarılmalıdır.

ABŞ-ın maliyyə qurumları artıq bu qiymətli kağızları fəal satışa çıxarır. Lakin aydındır ki, onlara tələbat aşağı səviyyədədir və bunun nəticəsində bu istiqrazlar üzrə gəlirlik qalxmağa başlayıb. Nəticədə ödənilməsi oktyabrda nəzərdə tutulan istiqrazlar üzrə gəlirlik 2008-ci ildən maksimal həddə çatıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin qısamüddətli istiqrazları ölkənin, hətta dünyanın maliyyə sisteminin ən vacib alətlərindən biridir. Çünki ən likvid istiqrazlar olduğundan bu alət maliyyə təşkilatları arasında qısamüddətli kreditləşmədə girov kimi istifadə edilir. /Apa
1767 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...