Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

DAİŞ qruplaşması müxalifətin 47 silahlısını öldürüb

“İraq və Şamda İslam Dövləti” (DAİŞ) Hələbdə irəliləyib.

SalamNews-un Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, radikal DAİŞ qruplaşması ər-Riqqə (şimal-şərq) əyalətinin əl-Kəntəri bölgəsində müxalifətin digər qruplaşmalarına hücum edib və burada müxalifət silahlılarından 47-ni öldürürb. Onlarla digər müxalifət silahlılarının taleyi barədə məlumat yoxdur. DAİŞ qruplaşması ər-Riqqənin bütününü ələ keçirib.

Bu qruplaşma Humsda da müxalifət silahlılarından 14-nü öldürüb, Hələbin şərqində əl-Bab şəhərini tam nəzarətə götürüb.

Hakimiyyət Dəməşqətrafı əyalətin Darəyya rayonunda müxalifətin mövqelərini hədəfə alıb. əl-Cəzirə telekanalı məlumat yayıb ki, burada qazlı bombalardan istifadə edilib.

Suriyada qələbənin əldə edilməsi istiqamətində hərbi mübarizə ilə yanaşı, siyasi mübarizə də gedir. Dünən Parisdə Con Kerrinin, Sergey Lavrovun və Əxdər İbrahiminin keçirdikləri üçtərəfli görüşlərdə müxalifətdən sülh danışıqlarında iştirak etmək tələb olunub.
1523 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27