Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Qarabağ veteranı Nəqliyyat Nazirliyini məhkəməyə verir

“Nəqliyyat Nazirliyi müfəttişlərinin mənə qarşı etdiyi kobud davranışa görə bu gün nazir Ziya Məmmədova rəsmi şəkildə ərizə ilə müraciət edəcəyəm”.

Bunu Modern.az-a hərbi ekspert, Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib. O bildirib ki, Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənova ünvanladığı müraciəti cavabsız qalıb.
Ü. Cəfərovun sözlərinə görə, Nəqliyyat Nazirliyinin əməkdaşları ümumiyyətlə Azərbaycan vətəndaşları ilə son dərəcə qaba davranır.

“Başqaları bu işdən çəkinsə də, mən bunu sona çatdıracağam. Gün ərzində Ziya Məmmədova müraciət ünvanlayacam. “Vətəndaşların müraciəti haqqında” Qanuna görə, iki həftə ərzində araşdırma aparılmalıdır. Ziya Məmmədov məsələnin axırına çıxmasa, onun özünü və mənə qarşı kobudluq edənləri məhkəməyə verəcəyəm”, – deyə Ü.Cəfərov qeyd edib.

Hərbi ekspert onu da söyləyib ki, bundan sonra baş verənlərə görə nəqliyyat naziri birbaşa məsuliyyət daşıyacaq.

Qeyd edək ki, tez-tez adları qanunsuz hərəkətlərdə hallanan Nəqliyyat Nazirliyinin müfəttişləri ötən həftə Qarabağ müharibəsinin veteranı Üzeyir Cəfərovu təhqir ediblər.
1552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı