Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Məcburi köçkün fırıldaq və get-gəl qurbanı olduğunu deyir

Baş Prokurorluğun yaydığı xəbərə görə, “Fuad LTD” MMC barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb, Bakı Ağır Cinayətlər Məhkəməsində direktor Qasım Məmmədovun mühakiməsinə start verilib.

Məlumatda qeyd olunur ki, Qasım Məmmədov 2005-2009-cu illərdə Xırdalan şəhərində inşa edilən çoxmərtəbəli yaşayış binasından mənzil alınması məqsədi ilə 186 şəxsin ödədiyi 1 milyon 845 min 802 manat məbləğində pulu ələ keçirməkdə ittiham olunur. Bildirilir ki, istintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub. Lakin zərərçəkən məcburi köçkün, hazırda yataqxanada yaşayan Əliyev Teymur Möhtərəm oğlu “Media forum”a bir qrup şəxsə heç nə ödənmədiyini bildirib: “15 min manata yaxın vəsaiti “Fuad LTD” MMC-nin hesabına köçürmüşəm. Bu vəsaitin əlavə təzminatla birlikdə mənə qaytarılması haqqında Binəqədi Rayon Məhkəməsinin ayrıca qərarı var. Bir ildən çoxdur Korrupsiyaya Qarşı Mübarizə İdarəsində gedən istintaq zamanı bizə yalnız gözləməyi məsləhət görüblər. İndi də elan ediblər ki, istintaq bitdi, iş məhkəməyə göndərilib və guya bütün zərər ödənilib. Halbuki şəxsən mən və tanıdığım zərərçəkənlər nə yeni mənzil müqaviləsi, nə də pul almışıq”.

Şikayətçi deyib ki, hazırda həmin binanın inşasını “Abşeron 2013” adlı tikinti şirkəti davam etdirir: “Onlar da bu mənzilləri vətəndaşlara ikinci dəfə və baha qiymətə satırlar. Baha qiymət ödəmək istəməyənləri isə min cür bəhanə ilə başdan edirlər. Bir ay əvvəl söz vermişdilər ki, pulu ödəyəcəklər. Dəfələrlə gedib-gəldikdən sonra şirkətin rəhbəri bizə açıq-aşkar dedi ki, ümumiyyətlə sizə pul verən deyilik, mənzil isə yoxdur”.

Ölkə rəhbərliyinə, baş prokurora məsələ ilə bağlı məktub yazdığını söyləyən Teymur Əliyev fırıldaqçıların onun min bir əziyyətlə pul toplayıb ev sahibi olmaq arzusunu gözündə qoyduqlarını, illərdir döymədiyi qapı qalmadığını və nəhayət, işin rəsmi şəkildə məhkəməyə çıxarıldığı bir vaxtda da ortada ümidverici bir şey olmadığını, yeni şirkətin zərəri ödəmək, məhkəmənin isə yeni şirkəti bu işə qatmaq fikrində olmadığını vurğulayıb.
1419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı