Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

İraqda törədilən partlayışlarda 23 nəfər həlak olub

İraq paytaxtı Peyğəmbərin (s) doğum günündə qana boyanıb.

SalamNews-un əl-Cəzirə telekanalına istinadla verdiyi xəbərə görə, dünən Bağdadın əş-Şəb bölgəsində partladılan minalanmış maşın 11 nəfərin həlak olmasına və 28 nəfərin yaralanmasına səbəb olub.

Teror aktları əsasən Peyğəmbərin (s) doğum günündə bayram tədbirlərinin keçirilməsi üçün meydanlara çıxan xalqı hədəfə alıb. Törədilən silsiləvari partlayışlarda ümumi 23 nəfər ölüb və 100-dən çox insan yaralanıb.

Rəsmi Bağdadın ölkənin şərqində əl-Ənbar əyalətində apardığı hərbi əməliyyatlar iki həftədir davam edir. Hökümət müxtəlif növ raketlərdən "əl-Qaidə"nin əl-Fəllucə şəhərindəki mövqelərini hədəfə alıb. Bağdadda rəsmi səfərdə olan BMT Baş katibi Pan Gi Mun daxili siyasi qüvvələri "əl-Qaidəyə" qarşı birləşməyə, siyasi və hərbi müstəvidə əməkdaşlıq etməyə çağırıb.
1518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:45
Vitse-spik