Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Özəl klinikaların arxasındakı «gizli» məmurlar kimdir?

Ölkə vətəndaşlarının hazırda ölkəmizdə fəaliyyət göstərən bəzi özəl klinikalardan həm onların qiymətlərinə, həm də bu müəssisələrdəki xidmətin keyfiyyətsizliyinə görə narazı qalmaları tibb sahəsinin ənənəvi problemlərindən biridir. Bu səbəbdən də paytaxtda fəaliyyət göstərən özəl və dövlət hesabına fəaliyyət göstərən klinikaların əsl sahiblərinin araşdırılmasına çalışdıq. Əsas hədəfimiz ölkədə azad sahibkarlığın inkişaf mühitini öyrənmək, bu müəssisələrin məmurlara bağlanıb-bağlanmadığını aşkarlamaqdır.

Əldə etdiyimiz məlumatlara görə, « Medical Plaza» klinikası 3 il əvvəl mayın 20-də dövlət qeydiyyatına alınıb. Klinikanın qanuni təmsilçisi Rəmziyyə Qaraşovadır. O, Dövlət Reyestri Xidmətinin keçmiş rəhbəri Arif Qaraşovun həyat yoldaşıdır.

2007-ci il martın 12-də qeydiyyatdan keçən « Modern Hospital» klinikası 2008-ci ilin noyabr ayında fəaliyyətə başlayıb. Tibb ocağının qanuni təmsilçisi Telman Novruzov adlı şəxsdir. Telman Novruzovun Xəzər rayonunda yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi olduğu deyilir. Belə isə niyə hospitalın saytında müəssisənin direktorunun Ravil Tağıyev, baş həkimi isə Sadiq Bəbirov olduğu göstərilir?. “OFKO” Göz Klinikası isə 23 avqust 1999-cu ildə qeydə alınıb. Klinikanın qanuni təmsilçisi Cavanşir İbrahimovdur. Hüquqi ünvan olaraq da klinikanın yerləşdiyi ərazi göstərilib. C.İbrahimovun ünvanını dəqiqləşdirdikdə onunla həmin ünvanda daha bir nəfər İbrahimov Nazim Sadıq oğlunun da qeydiyyatda olması üzə çıxdı. Məlum oldu ki, İbrahimov Nazim Sadıq oğlu (d. 1935) – naşir, jurnalist, ictimai xadim olub. Sovet dövründə partiya komitəsinin katibi və digər vəzifələrdə çalışıb. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir, elmi tədqiqatla məşğul olub. Ölkə qanunvericiliyi məmur övladlarının biznes qurumlarının olmasını qadağan etmir. Lakin gəlir bəyannaməsi ictimaiyyətə açıq olmalıdır. Bəzi məqamlar göstərir ki, əmlak gəlir bəyannaməsi sistemi yaxşı işləmir. Qanunvericiliyə görə, övlad, həyat yoldaşı da bəyannaməyə salınmalıdı. Bu halda atası nazir olanın övladının yaxasından yapışmaq olar ki, bu qədər vəsait hardandır?

Atanın əmək haqqı bu qədərdir? Elə bu səbəbdən də səhiyyə sahəsinə pul yatıran bəzi məmurlar gəlir bəyannaməsi sisteminə getmək istəmirlər. Çünki bir çoxları bilir ki, belə etsə, vətəndaş cəmiyyəti ondan hesab soracaq. Sadaladıqlarımız belə deməyə əsas verir ki, səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə sahəsinə müəmmalı yatırımlara kifayət qədər nəzarət edə bilmir. Məsələ burasındadır ki, bəzi özəl klinikaların saytında onların rəhbəri kimi başqa şəxslərin adları qeyd olunsa da, həmin müəssisələrin fəaliyyətlərini araşdırdıqda klinikanın arxasından başqa himayəçi çıxır.gundelik./baku/
1490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02
İranda