Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Bəhreyn zindanlarında dustaqlara dəhşətli işkəncələr verilir

Bəhreyn insan haqları müsafiəçisi Hüseyn Cavad bu arada Bəhreyn həbsxanalarındakı vəziyyətlə bağlı açıqlama yayıb

İslamazeri.az-ın Bəhreyn inqilabçılarının mediasına istinadən verdiyi xəbərə görə, Ali-Xəlifə müxaliflərinə bağlı mənbələr bildiriblər ki, bu gün səhər Sətərə bölgəsi rejim hərbçilərinin tələbələrə basqının şahidi olub.

Tələbə yoldaşlarının həbsinə etiraz edən tələbələr rejim hərbçilərinin hücumuna məruz qalıb.

Digər bir mənbənin verdiyi xəbərə əsasən, tələbələr etiraz olaraq təkər yandırıblar.

Bəhreyn insan haqları müsafiəçisi Hüseyn Cavad bu arada Bəhreyn həbsxanalarındakı vəziyyətlə bağlı açıqlama yayıb.

O açıqlamasında deyib: “Mən 46 gün "əl-Huz əl-Caf" həbsxanasında qalmışam. Həbsxana nəzarətçiləri məhbusları hədələdiyinin və onlara işkəncə verməsinin özüm şahidi olmuşam. Xüsusilə, nəzarətçilər aclıq aksiyası keçirən dustaqlara şiddətli şəkildə işkəncə verirdi. Nəzarətçilərdən birinin, yeniyetmə məhbusların saçlarını gülünc vəziyyətdə qırxır, onların şərəf və ləyaqətlərini təhqir edirdi, hətta nəzarətçilərdən biri yeniyetmə dustaqları onun ayaqqabısından öpməyə məcbur edirdi. Bu şeyə əməl etməyən yeniyetmələr isə şiddətli işkəncələr görürdülər. Namazxanaya ayaqqabı ilə daxil olan nəzarətçilər, siqaretlə onların dərilərinə basırdılar. Mən həbsxanaya daxil olarkən nəzarətçilərə qanunlar haqda xatırlatsamda onlar mənə "burada heç bir qanunlar işləmir" dedilər”.

Digər bəhreynli, insan haqları müdafiəçisi Yusif əl-Məhafəzə də bu günkü həbslərdən danışıb. O bildirib ki, bu gün Bəhreyn məhkəməsi əl-Dəir məntəqəsindən 6 gənci partlayıcı atmaqda ittiham edib. Onlar 3 ildən 5 ilə kimi həbs cəzası laıblar.
1540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber