Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Suriyada hökumət qüvvələri güclənir

Suriyanın şimalında müxalif silahlılarla "Əl-Qaidə" terror təşkilatının qollarından hesab olunan İraq-Dəməşq İslam Dövləti qruplaşması arasında gedən döyüşlər daha da intensivləşib.

İdlib və Tal Abyadda bir neçə gündür davam edən qanlı döyüşlər nəticəsində ümumilikdə 700-dən artıq insan qətlə yetirilib. Ən son məlumatlara görə İdlib "Azad Suriya Ordusu" silahlıları tərəfindən mühasirəyə alınıb. Burada yüzlərlə İraq-Dəməşq İslam Dövləti qruplaşması silahlısı mühasirəyə düşüb.

Onu da qeyd edək ki, müxaliflər arasındakı ixtilafdan istifadə edən hökumət qüvvələri Nakarin qəsəbəsini ələ keçirərək Hələb yolunu nəzarətə götürüb.

Qarşıdakı günlərdə Hələb şəhərinə Suriya ordusunun irimiqyaslı quru əməliyyatlar həyata keçirəcəyi haqda məlumatlar yayılıb. Onu da bildirək ki, təkcə ötən gün Suriya ordusuna məxsus hərbi təyyarələrin Hələb şəhərini bombalaması nəticəsində 95 terrorist həlak olub.
1421 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18