Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Leyla Yunusla bağlı xəbər təkzib olundu

“Leyla Yunus heç bir əməliyyat keçirməyib və hazırda Türkiyədə yox, Almaniyadadır”
Yanvarın 14-də “Media forum” saytının elektron poçtuna özünü Sülh və Demokratiya İnstitutunun layihə meneceri kimi təqdim edən Aynur Şəfiyevadan məlumat daxil olub.
Aynur Şəfiyeva bildirib ki, institutunun direktoru Leyla Yunus yanvarın 12-də İstanbulda cərrahiyyə əməliyyatından keçirilib, onun sol göz bəbəyi amputasiya edilib və protez göz birləşdirilib.
Məlumat yerləşdiriləndən sonra redaksiya ilə əlaqə saxlayan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib ki, Leyla Yunus heç bir əməliyyat keçirməyib və hazırda Türkiyədə yox, Almaniyadadır:
“Sülh və Demokratiya İnstitutunun Aynur Şəfiyeva adlı əməkdaşı yoxdur, yanvarın 14-də onun adından yayılan məlumat həqiqətə uyğun deyil”.
1556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13