Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Səfər Əbiyevin həbsinə hazırlıq gedir?

Üzeyir Cəfərov: “Qanuna əsasən, yaxın günlərdə Səfər Əbiyev haqda qərar verilməlidi”

Son günlər sabiq müdafiə naziri Səfər Əbiyevin həsb ediləcəyinə dair məlumatlar yayıldı. Dünən Ali Hərbi Məktəbin rəisi, polkovnik Mirzəli Yusifov həbs edildi. M.Yusifov S.Əbiyevin yaxın adamı kimi tanınırdı. Bundan öncə də Səfər Əbiyevlə birgə işləyən bir neçə vəzifəli şəxs yeni nazir tərəfindən tutduğu postdan uzaqlaşdırılıb.

Təcrübəyə əsasən deyə bilərik ki, sabiq vəzifəlilərin həbsindən əvvəl onlarin kişik işçiləri məsuliyyətə cəlb olunur. Bəs bu dəfə də eyni vəziyyət təkrarlana bilərmi?

Hərbi ekspert Üzeyir Cəfərov Hafta.az-a açıqlamasında Səfər Əbiyevin həbs edilməısi ehtimalının nə qədər reallığa uyğun olub-olmadığını aydınlaşdırdı: “Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə Səfər Əbiyevlə birlikdə illərlə çalışan Vaqif Dərgahlı sədr təyin olundu. General-mayor Qorxmaz Qarayev Səfər Əbiyevin yaxın adamlarından biridi. Bu yaxınlarda nazir Zakir Həsənov onu nazirliyin Maddi Texniki Təminat idarəsinin rəisi vəzifəsinə təyin edilib. Buna görə də, düşünmürəm ki, Səfər Əbiyevin həbsinə hazırlıq gedir”.

Ü.Cəfərov deyib ki, Mirzəli Yusifovun həbsinin Səfər Əbiyevin xidməti ilə qətiyyən əlaqəsi yoxdu:

“Onu rüşvət almağa görə həbs ediblər. Amma Mirzəli Yusifovun üzərində vaxtikən Hərbi Prokurorluğun apardığı bir istintaq işi var idi. O təyin olunduqdan sonra Murovdakı hərbi hissəyə getmədi və bir müddət Rusiya ərazisində gizləndi. Amma sonra vəzifəyə qayıtdı. Bunun səbəbi Səfər Əbiyevlə yaxınlığı deyildi. O Nazirlər Kabinetində çalışan yüksək rütbəli bir şəxsin sayəsində vəzifəyə qayıtdı. Mirzəli Yusifov ötən həftənin 4-cü günü həbs edilib, amma dünən ictimailəşdirilib. Yaxın zamanlarda Mirzəli Yusifova vəzifə səlahiyyətlərini aşma və fərariliyə görə cinayət işi açılacaq”.

Hərbi-ekspert yaxın günlərdə Səfər Əbiyev haqda qərar veriləcəyini dedi: “Səfər Əbiyev ölkə daxilində çox sərbəst şəkildə hərəkət edir. Bu yaxınlarda icazə ilə xarici ölkələrin birində olub. O hələ ordu sıralarından tərxis edilməyib, sadəcə vəzifədən uzaqlaşdırılıb. Səfər Əbiyev prezidentin sərəncamındadı. Qanunverciliyə görə, zabit 3 aya qədər sərəncamda qala bilər. Bu müddət başa çatana kimi ya ordudan tərxis edilməli yaxud da yeni vəzifəyə təyin olunmalıdı. Yanvarın sonuna kimi Səfər Əbiyev haqda qərar verilməlidi, çünki həmin 3 aylıq müddət başa çatır. Ölkə başçısı onu vəzifəsindən azad etmədən öncə qəbul edib onunla danışıb. Səfər Əbiyev məzuniyyətdə idi. Məzuniyyət artıq başa çatıb. Hazırda rütbəsinə və sonuncu tutduğu vəzifəsinə görə müavinət alır. Mənim bildiyim qədər ölkə rəhbərliyi Səfər Əbiyevlə bağlı müsbət fikirdədi, onunla bağlı narahatçılıq yoxdu”.
1493 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28