Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Suriyada 40 nəfərin dəhşətli edam fotosu yayıldı

Hələbin Babul-Huva rayonunda edam edilən 40 nəfərin dəhşətli fotosu yayıldı
Qarşıdurmalar ər-Riqqə, Hums və İdlibdə də qeydə alınıb

“İraq və Şamda İslam Dövləti” Hələbin Türkiyə sərhəddində yerləşən Babul-Huva rayonunu tam şəkildə ələ keçirib.

İnterAz–ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, radikal DAİŞ qruplaşması rayonu ələ keçirdikdən sonra içində Azad Suriya Ordusu üzvləri və yerli sakinlər olmaqla 40 nəfəri edam edib.

əl-Qaidənin Suriyadakı qolu və müxalifətin digər qruplaşmaları arasında gedən qarşıdurmalar ər-Riqqə, Hums və İdlibdə də qeydə alınıb.

Suriya İnsan Hüquqları Müşahidəçi Qrupunun məlumatına görə, təkcə bazar ertəsi günündə ölkədə gedən qarşıdurmalarda 229 nəfərin ölümü qeydə alınıb.
1406 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP