Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

Türk polislərin yeni silahı: Elektroşok (Foto)

Polislər qarşılaşdıqları çətin vəziyyətlərdə bu cihazdan istifadə edə biləcəklər

İslamazeri.az-ın "Haber365"-ə istinadən verdiyi xəbərə görə, İstanbul Baş Polis İdarəsi, təhlükəsizlik şöbəsində vəzifə yerinə yetirən polislərə 3 gün təlim keçirildikdən sonra 20 ədəd elektroşok cihazı verilib.

Təlim keçən polislərin sayı 54 nəfərdir. 
Polislər qarşılaşdıqları çətin vəziyyətlərdə bu cihazdan istifadə edə biləcəklər.

Ekektroşokun xüsusiyyətləri isə belədir:
- 7 metrə qədər təsirlidir
- Hədəf seçilən insanı 10 saniyə keyləşdirir
- Su içində olan insana öldürücü xüsusiyyəti yoxdur
- Bir nəfərə qarşı 1 gün ərzində 3 dəfədən artıq istifadə edilə bilməz
- Silahın üstündəki kamera vasitəsiylə hücum qeyd edilə bilir
- Kamera 1 saata qədər çəkiliş apara bilir
- Silah elektriklə doldurulur







1782 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber