Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Əl-Qaidənin Turkiyə rəhbərləri həbs edilib

Əməliyyatlarda qarşıdurma riskinin böyük olmasını nəzərə alaraq fövqəladə təhlükəsizlik tədbirləri görülüb

Van, İstanbul, Kilis, Adana, Qaziantəp və Kayseridə həyata keçirilən əməliyyatlarda çox sayda şübhəli polis tərəfindən həbs olunub. Əməliyyatlarda 3 terrorçunun Əl-Qaidə adına döyüşmək üçün Suriyaya getdiyi bildirilib.

İnterAz-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu əməliyyatlarda qarşıdurma riskinin böyük olması nəzərə alaraq fövqəladə təhlükəsizlik tədbirləri alınıb. Skorsk tipli vertolyotlar uçuşa hazır vəziyyətə gətirilib. Yüzlərlə polis və jandarma əməliyyata cəlb olunub. Əməliyyat zamanı bəzi şübhəlilərin qaçdığı deyilir.

Əməliyyatlar nəticəsində Əl-Qaidənin Yaxın Şərqdə ikinci adamı olaraq bilinən İbrahim Sənin və Əl-Qaidə Türkiyə quruluşlanması rəhbərlərindən Xalis Bayancukun da həbs olunduğu bildirilib. İbrahim Sənin köhnə Əl-Qaidə lideri Habip Akdaşın ABŞ polisi tərəfindən öldürülməsindən sonra, Türkiyə qruplaşmasını bir araya yığdığı və türk Əl-Qaidəsinin başına keçdiyi bildirilib.

Qeyd edək ki, İbrahim Sənin ABŞ təhlükəsizlik orqanları tərəfindən həbs olunduğu və Quantanamo həbsxanasında yatdığı, Suriyada sərhədə yaxın Əl-Qaidə düşərgələrindən cavabdeh şəxs olduğu iddia edilir. Qunatanamodan sonra, İncirlik bazasında Türk polisinə təslim edilən İbrahim Sənin, 2008-ci ildə Əl-Qaidə fəaliyyətlərindən həbs olunub 6 il 3 ay cəza aldığı bildirilib.
1471 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:14