Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Əsəd humanitar yardım dəhlizini lağa qoydu

Həqiqətdən çox illüziyaya oxşayır

Müxalifyönlü Suriya Milli Koalisiyası ilə 11 ölkənin Xarici İşlər nazirinin qatıldığı yığıncaqda Suriyanın humanitar yardım dəhlizinin açılması təkliflərinə mülayim yanaşdığı bildirilib. Verilən açıqlamaya görə, müxaliflər və Suriya rejimi humanitar dəhlizin açılması haqqında düşünəcək.

“Axar.az” Türkiyə mətbuatına istinadən məlumat verir ki, Con Kerri və Sergey Lavrov bildiriblər ki, gələn həftə təşkil ediləcək sülh konfransının başlanğıcında regional atəşkəslər barədə müzakirələr olacaq. Əsir mübadiləsi də müzakirə edilən mövzular arasındadır.

Kerri Hələb ilə başlayan regional atəşkəsin genişlənməsi mövzusunda müzakirə apardıqlarını dilə gətirib. Eyni zamanda, Əsədin qoşunlarının əlində olan və kimyəvi hücum ilə gündəmdə olan Şərqi Quta bölgəsini açmağa hazır olduğunu da bildirib. Lavrov isə bütün Suriyalı tərəflərə regional atəşkəs elan etməyə dair siqnallar göndərməyə çalışacaqlarını deyib.

Suriya hökuməti isə bu müzakirələrlə bağlı belə bir açıqlama verib: “Həqiqətdən çox illüziyaya yaxındır, bu, hər hansı bir siyasi məntiqdən uzaq alınmış qərardır”.
1362 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41