Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Səudiyyə Ərəbistanın terrorçulara yardım faktı araşdırılacaq

Ban Ki Mun Səudiyyə Ərəbistanının İraq terrorçularına ehtimal olunan maliyyə yardımını araşdırmaq üçün təhlükəsizlik şurasının üzvləri ilə danışıb

İslamazeri.az-ın “RT”-yə istinadən verdiyi xəbərə görə, BMT-nin baş katibi Ban Ki Mun İraqın baş naziri Nuri əl-Maliki ilə müzakirəsindən sonar deyib: “Biz baş nazirlə bu məsələ barədə müzakirə etdik. Bu məsələni nəzərə aldım və biz bu barədə təhlükəsizlik şürasının üzvləri ilə danışacayıq.”

Bundan əvvəl Ban Ki Mun Bağdada daxil olarkən demişdi ki, "İraqdakı zorakılıq gərək kökündən həll edilsin. Beynəlxalq təşkilatlar heç bir əsası olmayan terrorla mübarizə üçün həmkarllıq etməlidir. Biz terror üçün lazım olan şəraitin ortaya çıxmasına icazə verə bilmərik".

BMT-nin 8-ci baş katibi bu bəyanatları səsləndirməsi, İraqın təhlükəsizlik mənbələrinin danışdırdığı terrorçulardan birinin etiraf etməsi ilə üst-üstə düşür. Terrorçu etiraf edib ki, İŞİD (İraq Şam İslam Dövləti) Səudiyyə Ərəbistanı tərəfindən maliyyə dəstəyi alır.
1374 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:00