Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Türkiyə dövləti indiki hökumət tərəfindən soyuldu – CHP lideri

"Türkiyə dövlətinin indiki hökuməti tərəfindən soyulduğu ortaya çıxdı."

SalamNews-un “Sözçü” qəzetinə isitnadla verdiyi xəbərə görə, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu bildirib.

O deyib ki, ötən il dekabrın 17-də çox böyük həqiqət üzə çıxdı. Türkiyə dövləti indiki hökumət tərəfindən soyulur: "Ortada dövlət çevriliş yox, rüşvətxorluq var. Pulu daşıyacaq, çətinə düşəndə isə çevriliş var deyəcəksən. Həqiqətən, 17 dekabr hadisəsi çox əhəmiyyətlidir. 247 milyard böyük rəqəm deyil. Bu, aşkarlanan rəqəmdir. Dövlətin içində şəbəkə var. Ölkəni soyurlar, 76 milyon həmvətənimizin cibindən çıxan verginin hara getdiyini soruşmaq mənim borcudur.”
1438 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<