Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Vəkil: “Gülər Əhmədovanın ayağı tutulur”

Vəkil Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.

Bu barədə apa-ya məlumat verən Ə. Talıbov G. Əhmədovanın səhhətinin yaxşı olmadığını deyib: “Özünü yaxşı hiss etmir. Ürəyi ağrıyır. Sol ayağı tutulur. Bu yəqin ki, əsəblə bağlıdır”.

Qeyd edək ki, G. Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
1665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14