Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Misirdə referendumun ilk günü baş vermiş toqquşmalarda 9 nəfər ölüb

Misirdə yeni konstitusiyanın qəbulu ilə bağlı keçirilən 2 günlük referendumun ilk günündə baş vermiş toqquşmalarda 9 nəfər ölüb.

Apa-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı Misirin müxtəlif şəhərlərində devrilmiş prezident Məhəmməd Mursi tərəfdarları ilə polis arasında baş vermiş toqquşmaların qurbanı olub.

Qeyd edək ki, Məhəmməd Mursini dəstəkləyən və Misirdə terror təşkilatı elan edilmiş “Müsəlman qardaşlar” hərəkatı referendumu boykot edib.
1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.06.17, 09:59
"Danışmaq yasaqdır"
23.06.17, 11:25