Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Azərbaycanla bağlı yeni TV proqramı başlayır

Cahid Kılıç Azərbaycan və Qafqaz məsələlərini araşdıracaq

Yanvarın 17-dən etibarən Türkiyənin “Kudüs”  televiziyasında Qafqaz, xüsusən də Azərbaycan məsələlərinə həsr olunacaq “Bizim Kafkazya” adlı proqram efirə veriləcək. Proqramın müəllifi və aparıcısı Türkiyənin tanınmış yazarlarından olan Cahit Kılıçdır.
Bu barədə C.Kılıç özünün 14 yanvar tarixli köşəsində yazıb.
Cahit Kılıç Azərbaycan oxucularının daimi izlədiyi qələm sahiblərindəndir. Cahit bəy davamlı olaraq Türkiyə mətbuatında Azərbaycanla bağlı obyektiv və doğru-dürüst analizlərlə çıxış edir.

Yeni layihəsi barədə Cahit bəy bunları yazır: “Bizim Kafkasya” adlı bu proqramımızda, ümumən Qafqaz ölkələrindəki, xüsusən də Azərbaycandakı gəlişmələri diqqətinizə çatdıracağıq. Oralardakı məzlumların, əzilənlərin, suçsuz yerə zindanlara doldurulanların, səsləri boğulanların səsi olmağa çalışacağıq!
Yalanı, talanı, zülmü, tükü bitməmiş yetimin haqqını yeyib yaşayan despotları, tiranları, dövlət adı altında qurulan mafyanı deşifrə edəcəyik...”. 
C.Kılıç yazır ki, proqramın ilk qonağı canlı telefon bağlantısı ilə AXCP sədri Əli Kərimli olacaq.
Proqram cümə günü Bakı vaxtı ilə saat 18:30-dan 19:30-a qədər efirdə olacaq.

“Kudüs” TV-nin frekansı:
TÜRKSAT 3/A 11509 H 30000 FEC ¾

1512 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:45</