Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Moskvada tərəvəz bazasında 1 nəfər qətlə yetirilib

Moskvanın cənubunda üzərində çoxsaylı bıçaq yarası olan kişi cəsədi aşkarlanıb. Apa-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə DİN-in Moskva şəhəri üzrə baş idarəsindən bildirilib.

“Yanvarın 14-də saat 22.36-da növbətçi hissəyə Kostlyakovski küçəsində 1 nəfər şəxsin yaralanması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları üzərində çoxsaylı bıçaq yarası olan şəxsin cəsədini aşkarlayıblar. Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır”, deyə agentliyə mənbə bildirib.

Mənbənin məlumatına görə, qətl hadisəsi tərəvəz bazasında münaqişə zəminində törədilib.

Öldürülən şəxsin kimliyi və milliyyəti barədə hələlik məlumat verilmir.
1476 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber