Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Lerikdə 1 milyon dollarlıq tibbi aparatı işlədən yoxdur

Regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində bölgələrdə xəstəxanalar təmir olunur və yeni tipli xəstəxanalar inşa edilir.

Bu xəstəxanalarda müasir avadanlıqlar da quraşdırılır, amma vətəndaşlar həmin avadanlıqdan elə də yararlana bilmir. Çünki onlardan istifadə edən mütəxəssislərə ehtiyac var.

Cənub bölgəsinin ən ucqar rayonu Lerikdə mərkəzi rayon xəstəxanası 2010-cu ildən istifadəyə verilib. Xəstəxananın şöbələrindəki avadanlıqlar, palatalar buraya külli miqdarda maddi vəsait sərf olunduğundan xəbər verir. Məsələn, gördüyünüz bu flüoqrafiya müayinələri həyata keçirən aparat Cənubi Koreya istehsalıdır. Onun nə az, nə çox - 800 min manat qiyməti var.

Bu aparat son illərin texnologiyası olsa da ondan istifadə edən həkimin son səhiyyə yeniliklərindən nə qədər məlumatlı olması isə sual altındadır. Çünki uzun illərdir bu rayonda çalışan həkim heç bir tibbi təcrübə keçməyib. Hətta rəqəmsal cihazın istifadəsini də onun üzərində gələn məlumat kitabçasından öyrənib.

Xəstəxananın cərrahiyyə şöbəsində təchizat yüksək səviyyədədir. Dünyanın tanınmış klinikalarında belə az rast gəlinən avadanlıqlar bu otaqlarda quraşdırılıb. Amma burada həmin tanınmış klinikalarda icra olunan orqan köçürməsi əməliyyatları aparılmır. Xəstəxanada nəinki ixtisaslaşmış, hətta sıravi kadr çatışmazlığı var.

Bölgənin digər rayonu Lənkəranda tibbin inkişafı daha çox nəzərə çarpır. Burada müasir tipli xəstəxanalardan sayılan diaqnostika mərkəzi fəaliyyət göstərir.

Ümumiyyətlə, respublika ərazisində 12 diaqnostika mərkəzi fəaliyyət göstərir ki, onların da əksəriyyəti bölgələrdədir. Həmin xəstəxanaların hamısında da oxşar vəziyyətlə qarşılaşmaq olar. Mütəxəssis çatışmazlığı külli miqdarda vəsait hesabına gətirilən avadanlıqlardan yararlanmaq imkanlarını da məhdudlaşdırır.

Ekspertlərin fikrincə, səhiyyəyə qoyulan külli miqdarda vəsaitin boşa xərclənməsi təəssüratını yaratmamaq üçün müəyyən tədbirlər görülməlidir.

Almaniyada təhsil almış professor Qurban Müslümovun sözlərinə görə, burda Avropa təcrübəsindən yararlanmaq lazımdır.

İndi diqqət göstərilməli sahə bəllidir. Həm vətəndaşımızın sağlamlığı, həm də imkanlarımızdan maksimum dərəcədə yararlanmaq üçün. Qalır ixtisaslı kadrların hazırlanması. Milyonlarla vəsait hesabına avadanlıqlar alınıb tibb ocaqları qurulursa, deməli, öz üzərində çalışıb bu vəsaitin boşa xərclənməməsini də təmin etmək olar./ans/
1566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı