Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Rusiya KİV-ləri Kerrinin Lavrova kartof hədiyyəsini ələ salıblar

2 kartof yerli KİV-lərdə zarafatla dolu müzakirələrə, o cümlədən də, ikitərəfli münasibətlərin hazırkı durumu və mövcud problemlərinə dair ciddi mülahizələrə səbəb olub

Rusiya-ABŞ münasibətərində kartof məsələsini fəal müzakirə edən Rusiya mediası güman edir ki, iki dövlət arasındakı əlaqələrdə "kraxmal" çatışmır.

İnterAz-ın Rusiya bürsosunun verdiyi xəbərə görə, ABŞ dövlət katibi Con Kerrinin Rusiya xarici işlər naziri Sergey Lavrova hədiyyə etdiyi iki kartof yerli KİV-lərdə zarafatla dolu müzakirələrə, o cümlədən də, ikitərəfli münasibətlərin hazırkı durumu və mövcud problemlərinə dair ciddi mülahizələrə səbəb olub.

Xatırladaq ki, Fransa paytaxtı Parisdə keçirilən danışıqlar zamanı ABŞ və Rusiya xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli məsələləri, İran problemi, Suriya böhranını müzakirə ediblər və diskussiyanı qarşılıqlı hədiyyələrlə bitiriblər. Con Kerri Sergey Lavrova iki kartof hədiyyə edib.

“Kommersant” qəzeti “Cebevrə-2” kartof üçün yetişib” adlı məqaləsində yazır ki, jurnalistləri ABŞ-ın Fransadakı səfirinin iqamətgahında aparılan danışıqların qısa protokol hissəsindən sonra dərhal çıxarıblar, bir dəqiqədən sonra isə yenidən geriyə çağırıblar. Bəlli olub ki, Kerri Lavrov üçün hədiyyə hazırlayıb – qutuda iki kartof. ABŞ dövlət katibi izah edib ki, o, Milad bayramında Aydahoda istirahət edərkən rusiyalı həmkarına zəng edib. O isə öz nöbvəsində deyib ki, eşitdiyinə görə, Amerikanın bu ştatında guya xüsusi bir kartof yetişir. “Mən də Sergeyə bunu göstərmək istədim. O söz verdi ki, bu kartoflardan araq çəkməyəcək, onları yeyəcək”, - deyə Kerri bildirib. Buna cavab olaraq Lavrov qeyd edib ki, kartofdan arağı Polşada çəkirlər. Bütün bunlardan jurnalistlər belə qənaətə gəliblər ki, ABŞ-ın nöqteyi-nəzərindən ikitərəfli münasibətlərdə, çox güman ki, "kraxmal" çatışmır.

“Nezavisimaya qazeta” “İran Cenevrə-2-də iştiraka dəvət olunub” adlı məqaləsində yazır ki, ABŞ və Rusiyanın təşəbbüsü ilə çağırılan Suriyaya dair Cenevrə-2 beynəlxalq konfransına hazırlıq məsələlərindən əlavə tərəflər iki saat yarım ərzində ikitərəfli münasibətlərin bütün məsələlərini nəzərdən keçirərək gələcəyə planlardan da danışıblar. Nəzərə alsaq ki, tərəflərin xüsusilə Soçidə keçiriləcək Olimpiya Oyunları ərəfəsində böyük əhəmiyyət kəsb edən beynəlxalq terrorist şəbəkələri kimi ümumi problemi var, hər iki dövlət antiterror fəaliyyəti istiqamətində daha yüksək səviyyəyə çıxır.

“Rossiyskaya qazeta” “İki kartof hədiyyə” adlı məqaləsində qeyd edir ki, danışıqların yekununda bir intriqa da saxlayıblar. Suriyadakı vəziyyətin tənzimlənməsinə dair konfransa dəvətnamələr BMT baş katibi tərəfindən göndərilsə də, tədbirdə İranın ehtimal olunan iştirakı indiyə qədər qızğın müzakirələrin predmeti olmuşdur. Rusiya bu konfransın maksimum yüksək təmsilçiliyi lehinə çıxış edir. Bu isə, rəsmi Moskvanın fikrincə, İsveçrəyə Səudiyyə Ərəbistanı və İran nümayəndə heyətlərinin dəvət olunmasını nəzərdə tutur. “Biz ümid edirik ki, BMT baş katibi Suriyada durumun real inkişafı asılı olan hamıya dəvətnamələr göndərəcək”, - deyə Lavrov Parisdə bəyan edib.
1382 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı