Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

İran Xarici İşlər naziri Suriyaya rəsmi səfərə gedib

İran rəsmisi rəsmi Dəməşqlə iqtisadi əlaqələrin genişləndirilmsi məsələlərini müzakirə edəcək

İran Xarici İşlər naziri Livan, İraq və İordaniyadan sonra Dəməşqə rəsmi səfərə gedib.

İnterAz-ın İran mətbuatına istinadla verdiyi xəbərə görə, Məhəmməd Cavad Zərif İordaniyaya səfəri çərçivəsində terrorizm və radikalizmə qarşı mübarizə məsələlərini Oman rəsmilərilə müzakirə edib. İran XİN rəhbəri bi neçə saat öncə İordaniyadan Suriyaya yola düşüb. İran rəsmisi rəsmi Dəməşqlə iqtisadi əlaqələrin genişləndirilmsi məsələlərini də müzakirə edəcək.

Bu arada Suriyada 22-yanvar sülh danışıqları öncəsi gedən qarşıdurmalar daha çox “İraq və Şamda İslam dövləti” (DAİŞ) qruplaşmasının lehinə hərəkət etməyə başlayıb. Müşahidələr göstərir ki, danışıqlar öncəsi Suriya müxalifəti koalisiyası həm siyasi və həm də hərbi müstəvidə kəskin şəkildə geriləyib. Hal-hazırda radikal qruplaşma müxalifət qiyamçılarını ər-Riqqədən tam şəkildə çıxarıb və Hələbdə də yeni nailiyyətlər əldə edib. Hakimiyyət də Hələbin şərqində yeni ərazilər ələ keçirib və ölkə müxalifətinin silahlıları yeni uğursuzluqlara məruz qalıb.
1502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber