Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

“Miqrant axını olan bəzi ölkələrlə viza rejimi tətbiq edilməlidir”

Rusiya baş nazirinin müavini: “Miqrant axını olan bəzi ölkələrlə viza rejimi tətbiq edilməlidir”

“Milli maraqlarımızın müdafiəsi üçün Rusiyaya kütləvi miqrant axını olan bəzi ölkələrlə viza rejimi tətbiq edilməlidir”.

Bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiya baş nazirinin müavini Dmitri Kozak deyib.

Onun sözlərinə görə, viza tətbiqi qaçılmaz prosesdir: “Çünki dünyada ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsi müxtəlifdir. Əgər biz miqrasiya axınlarını viza rejimi ilə tənzimləməsək, ölkəmizi millətlərarası münaqişələrdən qoruya bilmərik”.

D.Kozakın fikrincə, bu həm də ona görə vacibdir ki, Rusiya Avropa Birliyi ilə vizasız rejim barədə danışıqlar aparır: “Bu danışıqların əsas şərti isə Rusiyanın xarici sərhədlərinin möhkəmləndirilməsidir. Əks halda, Rusiya vətəndaşlarının Avropa ölkələrində sərbəst hərəkət etməsi ilə bağlı Avropa Birliyi ilə razılıq əldə edə bilməyəcəyik”.
1598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:33
40 mindən çox adam Mosk