Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2013

Terrorçular arasında toqquşma baş verib

Suriyada radikal terrorçularla üsyançılar arasında baş vermiş toqquşmalarda 50-dək insan ölüb

Suriyanın Hələb şəhərində radikal terrorçular və üsyançılar arasında baş vermiş toqquşmalarda 50-dək insan ölüb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzi açıqlama yayıb (OSDH).

Açıqlamada qeyd olunur ki, “Əl Qaidə” beynəlxalq terror təşkilatı ilə əlaqəli olan “İraq və Levantedə İslam Dövləti” (Islamic State of Iraq and the Levant, ISIL) qruplaşmasının dəstələri və “Azad Suriya Ordusu”nun (ASO) birləşməsi arasında toqquşmalar Hələb şəhərində oktyabrın 10-dan davam edir. OSDH-nin məlumatına görə, döyüşlərdə 30 üsyançı ölüb, islamçılar isə 10 nəfər itki verib.

Qeyd olunan hər iki qruplaşma Suriyada hökumət ordusuna qarşı vuruşur, lakin onların arasında son zamanlar tez-tez qarşıdurmalar baş verir. Cari ilin sentyabr ayında ISIL silahlıları və "ASO" üsyançıları arasında Aazaz şəhərinə nəzarət etmək uğrunda bir neçə gün qızğın döyüşlər gedib. Sonradan tərəflər atəşkəs barədə razılıq əldə edib.
1847 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP