Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Mədəniyyət Evinin müdiri minaya düşdü

Tovuz rayonu Qaralar kənd sakini, kənd Mədəniyyət Evinin müdiri Hidayət Müseyibov yanvarın 14-ü axşam saatlarında minaya düşüb. “Kəpəz” TV-nin verdiyi məlumata görə, H.Müseyibov Ermənistanla sərhəddə yerləşən ərazilərə keçən heyvanlarının ardınca gedirmiş, hadisə də bu zaman baş verib. Ansin məlumatına görə isə Müseyibov balta sapı üçün ağac qırmağa gedərkən çay kənarında minaya düşüb.
40 yaşlı Müseyibov yaxınlarının köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, o, sağ ayağının pəncəsi və barmaqlarındam ciddi xəsarət alıb və ayağının baş barmağının amputasiya ediləcəyi gözlənilir.
1490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber