Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Qarabağ qazisinin anası özünü yandıracağını bəyan etdi

Natiq Əşrəfovun ölümü ilə bağlı işin obyektiv aparılmaması faciəyə səbəb ola bilər

Kəlbəcər rayonundan məcbur köçkün olan Şamama Babayeva ölkə başçısı Ilham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də “Azadlıq”a yollayıb. Şamama Babayeva Qarabağ qazisi Natiq Əşrəfovun anasıdır. Natiq Əşrəfov ötən ilin avqustunda qətlə yetirilib. Qarabağ qazisinin xanımı Ilhamə Hüseynova dəfələrlə ölkə başçısına müraciət edərək yoldaşının qətlinin obyektiv araşdırılmadığından şikayətlənib. Natiq Əşrəfovun anası da oğlunun qətlilə bağlı istintaqın birtərəfli aparıldığını deyir.
Şamama Babayeva bildirir ki, oğlu Babək Əsgərov tərəfindən qətlə yetirilib. Hadisə zamanı orada Cavid, Şamil, Elvin və başqa bir şəxs olub: “Sonuncu şəxsin adı bizə bəlli deyil. Istintaq zamanı bu adamlar dindirilməyib. Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun icraatındadır. Hakim işi elə aparır ki, sanki Babək Əsgərovun vəkilidir. Oğlumun həyat yoldaşı şahidlərin çağırılıb dindirilməsini tələb edir, hakim isə deyir ki, özünüz çağırın.
Cənab prezident, oğlum əvvəlcədən planlaşdırılmış şəkildə bir neçə nəfər tərəfindən qətlə yetirilib. Sizə, ocağı sönmüş bir ana kimi müraciət edirəm. Oğlumun ölüm işinə ədalətli baxılmayıb və baxılmır. Əgər siz məsələyə müdaxilə etməsəniz, özümü oğlumun iki azyaşlı uşağı ilə birgə Prezident Aparatının qarşısında yandıracam"./azadlıq/
1458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
<