Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Türkiyədə dünənki əməliyyat əmrini verən polis rəisləri işdən çıxarıldılar

Xəbər verdiyimiz kimi, dünən İstanbul, Van, Kilis, Adana, Kayseri və Vanda Türkiyə hüquq mühafizə orqanları terrorçulara qarşı əməliyyat keçirib

Əməliyyat zamanı polis "Əl Qaidə" ilə tez-tez adı hallanan "İHH" insan haqları təşkilatının Kilis bölgəsindəki bürosunda da axtarış həyata keçirib.

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu əməliyyatların əmrini verən Kilis Polis idarəsinin Terrorla mübarizə Şöbəsinin rəisi Devlet Çıngı və Van Polis idarəsinin Terrorla mübarizə Şöbəsinin rəisi Serdar Bayraktutan vəzifələrindən kənarlaşdırılıblar.

Qeyd edək ki, sosial şəbəkə və solçuların saytlarından onların İHH-ya qarşı keçirilən əməliyyata görə vəzifələrindən uzaqlaşdırıldıqları önə çəkilir.

Dünən səhər həyata keçirilən əməliyyatlarda "Əl Qaidə"nin iki tanınmış şəxsləri həbs edilib.
1443 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42
Suriya ordusu