Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Milli qəhrəmanın evinə basqının şok detallar

Zərərçəkmişlər Ağcabədi hüquq mühafizə orqanlarını ittiham etdilər

Prokuror əvəzi Ərəstun Quliyev: «Biz şikayət əsasında yox, sübutlar əsasında adam tuturuq»

Ötən ilin 30 dekabrında Ağcabədinin Avşar kəndində qətl hadisəsi törədilir. Hadisə nəticəsində Zahid Qarayev həlak olub. 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alır. Maraqlısı odur ki, qətlə yetirilən Milli Qəhrəman Namiq Abdullayevin əmisi, digərləri yaxın qohumları olub. Yanvarın 14-də Beynəlxalq Mətbuat Mərkəzində N.Abdullayevin qardaşı İqbal Abdullayev mətbuat konfransı keçirdi.
Zərərçəkmiş ailənin vəkili Tərlan Xanəliyevin sözlərinə görə, bu işə düzgün hüquqi qiymət verilməyib. Görülmüş işlər isə zərərçəkən tərəfi qane etmir: “Konkret bu iş üzrə bir nəfər yox, bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunmalı idi. Hadisələrin gedişatı onu göstərir ki, məsələyə biganə və qeyri-obyektiv yanaşma var. Buna görə bura toplaşmışıq. Qanun qarşısında hamı bərabərdir. Milli qəhrəmanın yaşlı anasının evinə hücum olunub, onun anasına belə xəsarətlər yetirilib. Biz burada prossesual pozuntular haqda danışmaq istəməzdik, ancaq lazım gələrsə danışacağıq. Baş Prokurorluq çərçivəsində məsələyə münasibət bildirilsin. Çünki bununla baş verə biləcək neqativ halların qarşısı alınar. Kənddə böyük gərginlik var, insanların həyatları təhlükə qarşısındadır”.
Vəkilin sözlərinə görə, hadisədən 15 gün ötməsinə baxmayaraq 2 gün bundan öncə zərərçəkmiş qismində ailənin yalnız bir üzvü tanınıb: “Nəyə görə tanınmır? Milli qəhrəmanın anasının evinə hücum olunub, ancaq onun zərərçəkmiş qismində məsələsinə hələ baxılmayıb. Qardaşına qəsd olunub hələ onun zərəçəkmiş qismində məsələsinə baxılmayıb. Əmisinə sui-qəsd olunub. Daha nə baş verməlidir ki, bu ailənin müdafiəsinə qalxsınlar? Məsələyə düzgün hüquqi qiymət verilsin. Cinayəti törətmiş şəxslər layiqli cəzalarını alsın. İstəyimiz budur”.
İ.Abdullayerv 30 dekabrda olan hadisədən sonra cinayətkarların böyük qisminin azadlıqda olduğunu dedi:
“Bir nəfər dəlixanada yatmış adamı tutublar. Onu veriblər qabağa ki, cinayəti o törədib. Cinayətin başında duranlar isə çöldədir. Biz ailəmiz adından müraciət edərək xahiş edirik bizim işimiz nəzarətə götürülsün. Bura da səsismizi prezidentə çatdırmaq üçün yığışmışıq”.
N.Abdullayevin əmisi Tofiq Qarayev hadisənin şahidi olub. O, bir gündə təkrar 3 dəfə cinayət törədildiyini dedi: “Yalnız 1 nəfər - hadisəni ilkin törədən şəxs saxlanılıb. Müstəntiqdən məsələnin bundan sonra necə olacağı ilə bağlı soruşduqda cavab verir ki, ekspertizanın rəyindən asılıdır. Bizim gözümüzün qarşısında törədilmiş hadisəni ekspert ayrı don geyindirsə onda bizim Ağcabədi rayonunun hüquq-mühafizə orqanlarına hansı inamımız ola bilər?”
İ.Abdullayev evlərinə basqın edən 17 nəfərin hücum səbəbini də açıqladı: “Onlardan birinin qızı mənim kiçik qardaşım Vüsalın nişanlısı olub. Söz çıxdı ki, bu qız kiminləsə telofonlaşır, mesajlaşır. Biz onu bildik. Araşdırdıq ki, o qız yox, onun əmisi qızı başq a bir oğlanla sms-ləşir. Biz milli qəhrəman ailəsiyik. Adına söz çıxmış qızı evimizə qəbul edə bilməzdik. Onlar özləri nişanlı qaytarıblar. Bundan da sonra saat 11-də qardaşım Vüsal Ağcabədi şəhərinə işə gedərkən ona hücum ediblər. 5 nəfər olublar. “Makar” tipli silahla atəş açıblar. Sadəcə güllə ona dəyməyib. Maşını ön şüşəsinə dəyən güllənin açdığı deşiyin fotosu da var. Sonra yenə yığılıb bizimkilərin üstünə gəliblər. Kənd camaatının harayından sonra geri çəkiliblər. Ağcabədinin prokuror əvəzi Ərəstun müəllim isə bizə deyir ki, “siz Qarabağda nahaq döyüşmüsünüz”. Bu söz bizi ağrıdır. Biz ölkə başçısından, baş prokurordan kömək istəyir. Biz prezidentə müraciət edirik qanuni tədbir görsün. Bizim günahımız varsa bizi cəzalandırsın”.
Onun sözlərinə görə, 30 dekabrda olan hadisə yerinə 10 yanvarda baxış keçirilib.
İşi prokurorun baş köməkçisi Şahin Şükürov aparır. İ.Abdullayev gülələnən əmisi dünyasını dəyişməzdən öncə müstəntiqə onu Yadigar Ağayevin vurduğunu dediyini də bildirdi:
“Bugünkü gündə Yadigar Ağayev küçədə gəzir. Baxşəliyev Qurban mənim anamı təpikləyib. O da azadlıqdadır. Görün necə harınlayıblar ki, milli qəhrəmanın anasına əl qaldırıblar”.
Zahid Qarayevin ölümündən sonra üzləşdirmə aparılır. Üzləşdirmə zamanı Yadigar Ağayevə Abdulla Qarayev 1 gün bölmədə saxlanılır. Onun sözlərinə görə, buna səbəb Y.Ağayevə “qardaşım sənə nə etmişdi ki, onu vururdun?” sualı olub.
Ağcabədi rayon prokurorunun əvəzi Ərəstun Quliyevin sözlərinə görə, İqbal Abdullayev prosesdə şahiddir:
“Nə zərəçəkmişdir, nə də zərərçəkmişin hüquqi nümayəndəsidir. Digərləri də hay-küy salmaqla istintaqın obyektivb gedişatına maneçilik törətmək istəyirlər. Bəli, onlar qohumdurlar. Özü də ikibaşlı yox, beşbaşlı qohumdurlar. Öz aralarında cinayət törədiblər. Sonra cinayəti törətmiş şəxs gəlib özü könüllü təslim olub. Cinayət törətdiyi silahı da təqdim edib. Ona qarşı da ittiham irəli sürmüşük. İstintaq gedir. Sadəcə həmin hadisədə digər şəxslər bilirlər ki, gec-tez günahkarların, təqsirkarların hamısı məsuliyyətə cəlb olunacaqlar. Sübutlar toplanılır. Hüquqi qiymət veriləcəkdir. Biz şikayət əsasında yox, sübutlar əsasında adam tuturuq. Özüm onları dəfələrlə qəbul etmişəm. Dəfələrlə onlara qanunun tələblərini izah etmişəm”.
Ə.Quliyev üzləşdirmə zamanı İ.Abdullayevin əmisi Abdulla Qarayevin yox, Yadigar Ağayevin saxlanıldığını söylədi:
“Orda ictimai qaydanı pozduğuna görə inzibati protokol tərtib olunub, məhkəmənin qərarı ilə Yadigar Ağayev bir gün həbs olunub. Yalan söhbətdir”.
Ə.Quliyev evə hücum edənlərin sayının 17 olmadığını da vurğuladı. Onun sözlərinə görə, zərərçəkmiş kimi əmisi tanınıb, əmisi dünyasını dəyişdikdən sonra hüquqi varisi Tofiq Qarayev olub./bizimyol/
1531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı