Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Bakıda küçə ticarəti və səyyar qəzet satışı qadağan edildi

Bakı şəhərində küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı şəhər Ticarət və Xidmət Departamentinin verdiyi icazələr ləğv edilib. Departamentinin rəhbəri Əliabbas Bağırov ans-ə açıqlamasında bildirib ki, indiyədək verilmiş lisenziyalar bu ilin 1 yanvarından qüvvədən düşüb.
Departament rəhbəri qərarı Bakının abadlaşdırılması və “gözəlləşdirilməsi” ilə izah edib. “İndi qəzet və jurnalların ən müasir satış köşkləri quraşdırılır. Gözəl satış məntəqələri qurulub. Bunun yanında küçədə stendlərin qoyulması yaxşı görünmür. Buna görə, sahibkarlara verilən icazələr ləğv edilib. Bundan sonra qəzet və jurnalların satışı yalnız quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək”, - deyə Əliabbas Bağırov bildirib.
Əliabbas Bağırov onu da bildirib ki, sahibkarlara verilən icazələr ləğv olunduğu üçün, indi onlar ödədikləri dövlət rüsumunu geri ala bilərlər.
1431 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP