Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Cəlilabadda sosial yardım qiyamı

Bu gün saat 12-də Cəlilabadda rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin binası qarşısında 500-ə yaxın vətəndaş etiraz aksiyası keçirib. Hazırda da aksiya davam etməkdədir. Aksiyaya səbəb nazirliyin ünvanlı sosial yardım almaq istəyən vətəndaşların sənədlərini qəbul etməməsidir. Aksiya iştirakçılarından aldığımız məlumata görə, vətəndaşlara müraciət üçün vaxtın artıq bitdiyini bildiriblər. Aksiyaçıların yaxınlıqda yerləşən Cəlilabad rayon icra hakimiyyətinin binası qarşısına üz tutması əraziyə polis əməkdaşlarının cəlb olunmasına səbəb olub. Polislər öncə aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışsalar da, əhalinin böyük təpkisi nəticəsində buna nail olmayıblar. Hazırda mərkəzin binası önündə toplaşan aksiyaçıları polis kənardan müşahidə etməklə məşğuldur.
Əhalinin narazılığını etiraz həddinə çatması da səbəbsiz deyil. Belə ki, son üç gündür ki, əhali nazirliyə sənədləri təqdim etməyə çalışsa da, bu mümkün olmur. Buna səbəb vətəndaşlardan sənədləri qəbul edəcək işçilərin olmamasıdır. Qəzetimizə verilən məlumata görə, Səlim Müslümov nazir təyin edildikdən sonra Cəlilabad təmsilçilyində əhalinin sosial müdafiə mərkəzinin direktoru
Mirxaslı Mirsüleyman tutduğu vəzifədən azad edilib. Nəticədə vətəndaşların müraciətlərinə heç kim baxmır. Hazırda mərkəzin direktor müavini Mirhəbib Əzimovun ümidinə qaldığını deyən məlumatı verən şəxs bildirdi ki, icra başçısının göstərişindən sonra vətəndaşlardan sənədlərin qəbul ediləcəyi elanı verilsə də, sənədləri qəbul edəcək müfətişlərin də işdən kənarlaşdırılması çıxılmaz durum yaradıb. Sənədlərin qəbulu ilə bağlı elanın verilməsindən 2 günün keçməsinə baxmayaraq, vətəndaşların müraciətlərinə baxılmır.
Əhalinin narazılığına daha bir səbəb ünvanlı sosial yardımın sosial durumu normal olan şəxslərə verilməsidir. Narazı vətəndaşlar mərkəzin arxa qapısından sosial durumunun yaxşı olduğu şübhə doğurmadığı şəxslərin avtomobillərlə yaxınlaşaraq sənədlərini təqdim etmələrinin şahidi olublar./azadlıq/

1449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber