Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

İran prezidenti Davos forumunda çıxış edəcək

İran prezidenti yanvarın 22-25-də Davos şəhərində keçirilməsi planlaşdırılan ənənəvi illik Dünya İqtisadi Forumunda çıxış edəcək.

“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə forumun mətbuat xidmətindən açıqlama verilib. Xəbərdə bildirilir ki, Həsən Ruhani yanvarın 23-də yerli vaxtla saat 10:10-da Dünya İqtisadi Forumunun yığıncağında çıxış edəcək.

Qeyd edək ki, İran prezidenti Dünya İqtisadi Forumuna qatılmaq üçün yanvarın 22-də İsveçrəyə səfər edəcək. Bu, İran prezidentinin hökumət başına gəlməsindən sonra xaricə üçüncü səfəri olmaqla yanaşı, Avropaya ilk səfəridir. Bundan əvvəl H.Ruhani Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinin zirvə toplantısında və BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Qırğızıstan və ABŞ-da səfərdə olub.

Xatırladaq ki, Davos forumu dünya siyasi və biznes elitasının təxminən 2 min təmsilçisinin iştirakı ilə hər il keçirilir. Builki toplantının mövzusu “Dünyanın yenidən qurulması: cəmiyyət, siyasət və biznes üçün nəticələr” olacaq.
1578 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 23:50