Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Bəşər Əsəd İranın xarici işlər naziri ilə görüşüb

İran xarici işlər naziri Livan, İordaniya və İraqa səfərlərini tamamladıqdan sonra Suriyaya gedib.

Apa-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Məhəmməd Cavad Zərifi Dəməşq beynəlxalq hava limanında bu ölkənin xarici işlər naziri Vəlid əl-Muallim qarşılayıb.

Daha sonra İran xarici işlər naziri Suriya prezidenti Bəşər Əsəd tərəfindən qəbul edilib. Görüşdə Suriyadakı son vəziyyət və bu ölkədəki böhranın həlli məqsədilə İsveçrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfrans müzakirə olunub.

Qeyd edək ki, Zərif Suriyadan sonra Rusiyaya gedəcək. İranın xarici işlər naziri yanvarın 16-da Moskvada Rusiya prezidenti Vladimir Putin və bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
1290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber