Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Bakının mərkəzində 1 sot torpağın qiyməti neçə yuz min manatdır?

“Ümumi vəsaitlərin 80 %-ə qədəri daşınmaz əmlak bazarına yönəldilir. Bu da ilin sonuna qiymətlərin daha da artacağını göstərir”.
Rəna Əzizova uzun illər paytaxtın mərkəzi küçələrindən birində hündürmərtəbəli binada yaşasa da, yeni evini torpaq sahəsi alaraq, özü tikmək istəyir. Onu buna vadar edən səbəb isə şəhərdəki sıxlıq və tıxaclardır.
Alıcı Rəna Əzizova: “Etibarım yoxdu hündürmərtəbəli binalara. Birincisi keyfiyyətcə, ikincisi sənədləşdirmədə problemlər, üçüncüsü podmayaklı evlər, əlavə də 30-40 min pul qoymaq lazımdır ki, başa gəlsin. Bu mənə sərf eləmir. Amma torpaq sahəsi alsam özüm cibimə uyğun da ev tikə biləcəm həm də zövqümə uyğun olacaq”.
ANS-in araşdırmasına görə, insanlar torpaq almağı, həm də gələcək üçün ən yaxşı yatırım hesab edirlər.
Makler İsmayıl Məmmədov: “Gündə gələn 70-80 müştərinin 50 %-i torpaq istəyir. 3-5 sot daha çox üstünlük təşkil edir. Onlar daha ucuz almaq istəyirlər sənədlərin qaydada olması elə də maraqlandırmır istəyilər ucuz alıb tiksinlər sonra özləri sənədləşdirsinlər”.
Tələbatın artması qiymətlərdə də əksini tapıb.
Bakının Daşınmaz Əmlak Bazarında bir il ərzində ortalama qiymətlər 20 %- dək artıb. Mərkəz hissədə mənzilin 1 kvadrat metri 50 min manata, torpağın 1 sotu 500 min manatdan yuxarı qiymətə alıcılara təklif olunur.
Bazarda təklif olunan torpağın 1 sotunun orta qiyməti müxtəlif zonalar üzrə dəyişib. Məsələn Bakının mərkəzi hesab olunan 1-ci zonada qiymətlər hər sot üçün 189 min manat, 2 ci zonada 110 min manat, 3 cü zonada 22 min manat, şəhərin ətrafı sayılan 4 cü zonada isə 5 min manatdan artıq olub. Ən çox qiymət artımı Binəqədi rayonunda müşahidə olunur. Torpaq bazarında ən ən çox müraciət olunan rayonlar sırasına Binəqədi və Qaradağ rayonlarını aid etmək olar. Ən passiv rayon isə Səbail rayonudur. Bazara təklif olunan ən bahalı torpaq sahəsi Nəsimi rayonu 28 May metrosunun yaxınlığında 500 min manata, ən ucuz torpaq sahəsi isə Sabunçu rayonunu yeni Ramana qəsəbəsində sotu 1500 manata qeydə alınıb.
Bazardakı canlanmanın səbəblərinə gəldikdə isə mütəxəssislər bunu son 1 ildə paytaxtda söküntülərin sürətlənməsi, şəhərsalma ilə bağlı tədbirlərin həyata keçirilməsi, şəhərdaxili köhnə yaşayış massivlərinin söküntüsü hesabına fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələb arması ilə izah edirlər. Onlar bu il də daşınmaz əmlak bazarında xərclənən pulların əksər hissəsinin torpaq bazarına yönəldiləcəyini deyirlər.
Ekspert Ramil Osmanlı: “Ümumi vəsaitlərin 80 %-ə qədəri Daşınmaz Əmlak Bazarına yönəldilir. Onun da 50 %-ə qədəri torpaq bazarına gələcək. Bu da ilin sonuna qiymətlərin daha da artacağını göstərir”.
Mütəxəssislər həmçinin bildirirlər ki, torpaq bazarındakı artım regionlara da təsir göstərməyə başlayıb. Burada alıcılar daha çox turizm potensialı olan bölgələrə üstünlük verirlər. Yay mövsümünə doğru bu bahalaşmanın sürətlənəcəyi proqnozlaşdırılır.
1489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber