Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Suriyada qiyamçılar əl-Qaidənin belçikalı əmirini öldürüb

“İraq və Şamda İslam Dövləti”-nin (əl-Qaidə) İdlib əyalətindəki belçikalı əmiri Əbul-Bərra əl-Bilciki bu gün səhər müxalifət snayperçilərinin gülləsinə tuş gəlib

“DAİŞ”-ın İdlibdəki əmiri qiyamçıları onlarla minalanmış maşınların partladılması ilə hədələmişdi.

İnterAz–ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, “İraq və Şamda İslam Dövləti”-nin (əl-Qaidə) İdlib əyalətindəki belçikalı əmiri Əbul-Bərra əl-Bilciki bu gün səhər müxalifət snayperçilərinin gülləsinə tuş gəlib və o öldürülüb.

Əslən Əlcəzairli olan əmir İdlibin Suraqib rayonunda öldürülüb və o, qiyamçılara qarşı törədilən terror aktlarında və əməliyyatlarda təqsirləndirilirdi.

Bildirək ki, cari ayın 3-dən başlayaraq Suriyanın şimal əyalətlərində radikal “DAİŞ”-lə müxalifətin digər qruplaşmaları arasında şiddətli döyüşlər gedir. Bu döyüşlərdən sonra “DAİŞ” ər-Riqqə şəhərini tam şəkildə ələ keçirə bilib. Türkiyə Suriya sərhədində strateji Babul-Huva rayonunun sözügedən qruplaşmanın əlinə keçməsi ölkə müxalifətini ciddi narahatlığına səbəb olub. Yeri gəlmişkən, “DAİŞ” qruplaşmasının əmiri Əbu-Bəkr əl-Bəğdadi 6 ay öncə əl-Qaidə lideri Əymən əz-Zəvahiriyə beyət etdiyini rəsmən açıqlayıb.
1353 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:17
Lavrov: ABŞ və N