Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

2013-cü ildə uşaqlara ən çox hansı adlar qoyulub?

Azərbaycanda uşaqlara qoyulan adlar içərisində oğlan adlarından Yusif, qız adlarından Zəhra birinci yeri tutur

“Media forum” saytı xəbər verir ki, 2013-cü ildə Azərbaycanda doğulan oğlan uşaqlarından 3501 nəfərinə Yusif, qız uşaqlarından 3303 nəfərinə Zəhra adı qoyulub.

Oğlan adları içərisində sonrakı yerlərdə Əli (2439 uşağa bu ad verilib), Hüseyn (2300), Ömər (1690), Məhəmməd (1643), Ayxan (1064), İbrahim (1063) gəlir.

Oğlan uşaqlarına qoyulan başqa adların sayı 1000-dən az olub.

Qız adları arasında birinci yeri Nuray (2719), ikinci yeri Fatimə (2552) tutur.

Sonrakı yerlərdə Aylin (1742), Zeynəb (1596), Xədicə (1366), Mədinə (1159), Leyla (1103), Fidan (1099), Gülay (1015), Məryəm (1014) adları gəlir.

Qız uşaqlarına qoyulan başqa adların sayı 1000-dən az olub.
5306 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı