Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2013

Ermənilərin atdığı mərmi Tovuzda evə düşüb

Həmin an evdə adam olmadığından hər hansı itki qeydə alınmayıb

Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Tovuz rayonunun Yuxari Öysüzlər kəndindəki yaşayış evinə düşərək Rasim Qarayevin evini dağıdıb. Xoşbəxtlikdən həmin vaxt evdə adam olmayıb. Bu səbəbdən hər hansı itki qeydə alınmayıb. Buna baxmayaraq, ev yararsız vəziyyətə düşüb.
Kənd sakinlərinin verdiyi məlumata görə, mərmi Zenit raketlərindən atılıb, ümumiyyətlə, bu istiqamətdə son günlər atışma intensivləşib./ans/
1922 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP