Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Çin bir saatda ABŞ-ı vuracaq

Çindən atılan mərminin mövcud havadan müdafiə sistemlərini keçərək bir saatdan qısa müddətdə ABŞ ərazisini vurmaq imkanı olacaq

Çin səsdən 10-qat sürətli və ABŞ raket müdafiə etmə sistemlərini keçə bilən nüvə başlıqlı raket daşıma vasitəsini müvəffəqiyyətlə sınaqdan keçirib.

Ans-in Türkiyə mediasına istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmilərindən biri WU-14 adı verilən "HGV"nin yanvarın 9-u Çin səmalarında rekord sürətə çataraq sınaqdan keçirildiyini ABŞ xəbər saytı "Vaşinqton Fri Bikon"a təsdiqləyib.

ABŞ, Hindistan və Rusiya da bu tip müdafiə sistemlərini keçə bilən vasitələr hazırlayırlar.

İki ayrı proqram icra edən Çinin qitələrarası ballistik raketlərinin son mərhələsi olaraq HGV hazırladığı bildirilir. Program nəticə versə, Çindən atılan mərminin mövcud havadan müdafiə sistemlərini keçərək bir saatdan qısa müddətdə ABŞ ərazisini vurmaq imkanı olacaq.

Qeyd edək ki, səs sürətinin 5 qatı (saatda 6 min 132 km) ilə 10 qatı (saatda 12 min 260 km) arasındakı sürətlərə "səsdən sürətli" deyilir.
1494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16