Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Gənc əsgərləri intihara nə vadar edir?

Hərbi xidmətdə günü-gündən artan intihar və intihara cəhd halları artıq bir statistikaya çevrilib. Hər gün analoji xəbərlərə rast gəlinir. Bunun barəsində dəfələrlə müzakirə aparılıb və səbəbləri haqqında müxtəlif fikirlər səsləndirlib. Bəziləri bu halların artmasını məktəblərdəki vətənpərvərlik hissinin olmamasında görüb. Digərləri isə bunu cavanların dözümsüzlüyündə görürür. Digər bir qism isə artan intiharların başında hərbi xidmətin yarasızlığını görür.

Bu barədə Deyerler.org-a fikirlərini bölüşən təhsil-eksperti Nabatəli Qulamov bildirib ki, şəxsiyyətin təbliği ölkəni bu vəziyyətə gətirib çıxardıb: "Azərbaycanda təhsil sistemində vətənpərvərlik hissi ölüb. Ölkədə bu hissələrə tamamilə barmaqarası baxırlar. Tədris olunan vətənpərvərlik də quru sözlərdən ibarətdir. Təhsildə vətənpərvirlik hissinin təbliği deyəndə dövlət başçısının ideyasının təbiliği nəzərdə tutulur. Bütün bu hallar vətənin təbliği yox, şəxsiyyətin təbliğidir. Şəxsiyyətin təbliği də ölkəni bu vəziyyətə gətirib çıxardıb. Əsgər hər bir çətinliyə dözər. Amma qanunların fərdlərə uyğun olaraq dəyişməsinə dözə bilməz. Hərbi xidmətlərdə qanunlar bir qisim üçün var, digər bir qisim üçün yoxdur. Məncə intihar hallarının gün-gündən artmasının səbəbi bununla əlaqədardır".

Psixoloq Azad İsayev isə bildirib ki, gənclər hərbi xidmətə hazırlanmır: "Burada əsas problem hərbi qulluqdadır. Hər şeyi əsgərlərin adaptasiya olunmamasının üzərinə atmaq düzgün deyil. Orada hansı şərait hökm sürür ki, o vəziyyətə adaptasiya oluna bilməsinlər? İlk növbədə hərbi hissələrdə mühitin dəyişilməsi təmin olunmalıdır. Həmçinin onu da qeyd etmək lazımdır ki, bizim gəncləri hərbi xidmətə hazırlamırlar. Bunu da hərbi idarələr həll etməlidir. Gənclər əvvəlcədən hərbi xidmətə alışdırma prosesləri aparılmalıdır. Məktəblərdə bu hazırlıq prosesləri aktiv aparılmalıdır. Bu proseslər sıfır dərəcəsindədir".
1470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı