Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2014

Leyla Yunus xəstəlik xəbərinə münasibət bildirdi

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus xəstəliyi barədə yayılan xəbərə münasibət bildirib. Hüquq müdafiəçisi hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya məktub yazaraq məsələyə aydınlıq gətirib.

Leyla Yunusun məktubunda deyilir:

«Əzizlərim! Belə baxıram, hər dəfə ölkədən gedəndə sağ olduğumu izah etməliyəm. Özüm də anlamıram ki, bu nəyə lazımdır. Bu Şəfiyeva kimdir, güman ki, o adda adam yoxdur, xüsusi xidmət orqanları onun adından bu məlumatı yayıb. Çox sağ olun! Allah qoysa, görüşərik.

Xatırladaq ki, yanvarin 14-də bəzi saytlarda Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunusun İstanbulda gözündən ağır əməliyyat keçirdiyi haqda xəbər yayıb. Xəbərin mənbəyi özünü SDİ-nin layihə meneceri kimi təqdim etmiş Aynur Şəfiyevanın yaydığı məktubdur.

Bəzi saytlar isə eyni məlumatda digər hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya istinad ediblər. məlumat yayılandan sonra M.Qəhrəmanlı xəbəri təkzib etdi və məlumatın yalan olduğunu bildirdi./azadlıq/
1501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber