Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2014

Suriyada daha bir azərbaycanlı öldürülüb

Suriyada daha bir azərbaycanlı öldürülüb. Bu barədə terroristlərə məxsus saytlar məlumat yayıb. Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan “Əbu Zər-Azəri” ləqəbli azərbaycanlı terrorçu yanvarın 14-də Suriyanın Xama bölgəsində hökumət qüvvələri tərəfindən öldürülüb. Onun əsl adı və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terroristlər tərəfindən sosial şəbəkələrdə yayılıb./apa/


1387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...