Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2014

Ərdoğan yeni rüşvət əməliyyatlarının anonsunu verdi

«Bununla bitmir, ardı gələcək...»

Baş nazir türk səfirləri bir araya gətirərək «17 dekabr zərbəsini dünyaya izah edin» təlimatanı verdi

«Gülən camaatına» sərt ittihamlar: «İqtisadiyyata zərbə vurmaq, enerci siyasətini sabotac etmək, demokratiyaya doğru yolumuzu əngəlləmək istəyirlər»

Baş nazir Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyəni ayrı-ayrı ölkələrdə təmsil edən səfirlərlə bir araya gələrək onlara «böyük rüşvət əməliyyatı» ilə bağlı bəzi təlimatlar verib. Ərdoğan bildirib ki, əslində həyata keçirilən rüşvət əməliyyatı yox, bu ad altında dövlətə zərbə vurmaq cəhdləridir: «17 dekabrı çalışdığınız ölkələrə, dünyaya düzgün başa salın. Bu tarixdə başlayan olaylar rüşvət donu altında gizlədilmiş zərbə cəhdləridir. Bir dəfəyə bir neçə hədəfi vurmaq istədilər – demokratiya, çözüm mərhələsi və xarici siyasət. Bununla bitmir, ardı gələcək, yeni əməliyyatlar da gündəmə gələ bilər».

«Gülən camaatının» adını çəkmədi, «o məlum təşkilat» dedi...

Çıxışı boyunca Gülən camaatının adını çəkməyən baş nazir onlardan «o məlum təşkilat» deyə bəhs edib: «O məlum təşkilat və müttəfiqləri iqtisadiyyata zərbə vurmaq, enerji siyasətini sabotaj etmək, Türkiyənin demokratiyaya doğru yoluna əngəl yaratmaq istəyir. Hədəf partiya və hökumət deyil, Türkiyədir. Laqeyd qalmayın, bütün maraqlı tərəflərə bundan bəhs edin. Bu xəyanət əməliyyatını pozmaq üçün daha çox əmək sərf edin. 2015-ci il 1915-ci il hadisələrinin 100-cü ildönümüdür. Erməni diasporu 1915 olaylarını fərqli və tərəfli əks etdirməyə çalışacaq. Bu qara təbliğata qarşı qamətiniz dik olsun. Dostlarımızın və qonşularımızın bizdən əmin olmalarını təmin edin. Vətəndaşlarımızın yaşadığı hər ölkəni qardaş olaraq gördüyümüzü deyin. Qonşunuzun evində yanğın olanda siz televizora baxa bilməzsiniz. Bu, xarici siyasət üçün də keçərlidir. Sizlər böyük bir ölkənin şərəfli səfirlərisiniz. Ölkəni və milləti layiqincə təmsil edin. Gizli xarici siyasət gündəliyimiz yoxdur. Vicdanlı və ədalətli davranırıq».

Polisdə növbəti «təmizləmə», birdəfəyə 500 polis getdi

Yeni Daxili işlər naziri Əfqan Alanın gəlişindən sonra Türkiyə polisində «təmizləmə əməliyyatları» artan xətt üzrə davam edir. Növbəti belə irimiqyaslı əməliyyat ölkənin Baş Polis İdarəsində həyata keçirilib və 500 polis işdən çıxarılaraq başqa yerlərə təyin olunub. İdarənin Qaçaqmalçılıq və Mütəşəkkil cinayətkarlıqla Mübarizə Şöbəsinin 6 şöbə müdiri – Mikayıl Uçak, Sərkan Gürkan, Nadir Koçak, Tarkan Şahin, Adəm Şahin və İsmayıl Çakır da işdən azad edilib. Ankara Polis İdarəsində isə 6 rəis müavini vəzifədən kənarlaşdırılıb. Maraqlıdır ki, onlardan 3-ü 17 dekabr əməliyyatından dərhal sonra vəzifəyə gətirilmişdi. Rəis müavinlərinin altısı da Almadağdakı Polis məktəbinə təyin olunub.

Prezident Gülü çətin vəziyyətə salan sual: rəqibiniz Ərdoğan olacaq?

Prezident Abdulla Gül Sloveniyanın prezidenti Borut Pahorla görüşündən sonra xarici curnalistlərin suallarını cavablandırıb. Curnalistlərdən birinin verdiyi sual prezident Gülü əməllli-başlı çətin vəziyyətə salıb. Curnalist Gülə qarşıdakı prezident seçkiləri ilə bağlı iki sual ünvanlayıb. Onlardan biri belə olub: «Seçkidə rəqibiniz Ərdoğan olacaq?». Gül bu suala «Bu sualları cavablandırmaq hələ çox tezdir. Qarşıda hələ çox vaxt var. Vaxtı gələndə hər şeyi görəcəksiniz» cavabını verib.

İkinci qəfil sual isə hakim AKP ilə «Gülən camaatı» arasında yaşanan gərginliyin partiyanın səs səviyyəsinə nə dərəcədə təsir edəcəyi ilə bağlı olub. A.Gül bu suala «Demokratik idarəçilikdə fərqli mövqelər ola bilər. Bu, ölkənin sabitliyini poza bilməz. Üstəlik öləkələr arasındakı əlaqələri də pozmaz. Narahat olunacaq çox şey yoxdur».

AKP səslərini itirir

Yeri gəlmişkən, Türkiyədəki məlum «rüşvət əməliyyatı» AKP-nin səs faizinə ciddi şəkildə təsir edib. Son aparılan sorğu hakim partiyanın səs faizinin 35-ə endiyini ortaya qoyub. Ana müxalifət partiyalarından olan cHP-nin səs faizi isə 26.7 faizdir. Bu o deməkdir ki, hakim AKP əsas rəqibindən heç 10 faiz də irəlidə deyil. Digər müxalifət partiyası MHP isə 15.1 faizlə üçüncü yerdə qərarlaşıb.

«Oğrulardan hesabı xalq soracaq!»

Bu gün Türkiyədə daha bir maraqlı olay yaşanıb. Bolu şəhərində Ərdoğanın şəkli, AKP-nin loqosu və baş nazirin fikirlərinin yer aldığı nəhəng lövhənin üzərinə «Oğrulardan hesabı xalq soracaq!» sözləri yapışdırılıb. Polis lövhəyə yapışdırılan yeni plakatı cıraraq bunu edənlərin tapılması istiqamətində hərəkətə keçib.

Bir neçə gündür ki, Türkiyə Hakim və Prokurorlar Ali Şurasının quruluşunu köklü şəkildə dəyişməyi təklif edən qanun layihəsini müzakirə edir. Təklif olunan dəyişikliklərin bir qismi müxalifətin narazılığına baxmayaraq, qəbul edildi. Ərdoğan müxalifətin bu istiqamətdəki iradlarını əsassız adlandıraraq qanun layihəsində Konstitusiyaya zidd heç nə olmadığını demişdi. Və müxalifətə «narazısınızsa, Konstitusiya Məhkməsinə müraciət edin» tövsiyəsini vermişdi. Prezident Abdulla Gül isə daha yumuşaq mövqe sərgiləyərək müxalifət liderlərini – cHP başqanı Kamal Kılıçdaroğlunu, MHP başqanı Dövlət Baxçalını və BDP başqanı Səlahəddin Dəmirtaşı müzakirəyə çağırmışdı. Çankaya iqamətgahında baş tutan görüşdə prezident partiya sədrləri ilə tək-tək söhbət aparıb onların mövqeyi ilə tanış olmuşdu. Lakin bütün bu təşəbbüslərə baxmayaraq, dəyişikliklərin bir qismi qəbul edildi. 

Prokurorlar hökumətin nəzarətinə keçir

Qəbul edilən yeni müəddəalar arasında ən çox mübahisə yaradan məqamlardan biri Ədalət nazirinə verilən yeni səlahiyyətdir. Bu səlahiyyətə çərçivəsində nazir Bəkir Bozdağ Hakim və Prokurorlar Ali Şurasının istənilən üzvü barəsində təhqiqat başlada biləcək. Bu isə istər-istəməz hakim və prokurorları hökumətin iradəsi ilə hərəkət etməyə məcbur edəcək. Xatırlayırsınızsa, Hakim və Prokurorlar Ali Şurası prokurorlar Zəkəriyyə Öz, Müəmmər Akkaş, Turan Çolakkadı, Oqtay Ərdoğan və İstanbulun yeni polis rəisi Selami Altınok haqda təhqiqat başlatmaq qərarını verəndə Bozdağ heç bir tutarlı əsaslandırma gətirmədən bildirmişdi ki, S.Altınok, eləcə də prokurorlar Çolakkadı və Ərdoğan haqda araşdırmanın aparılmasına icazə verməyəcək. Həmin vaxt nazirin bu qərarı etirazla qarşılanmışdı. Məlum qanun dəyişikliyindən sonra isə Ədalət naziri bu kimi addımlarını qanun çərçivəsində atmış olacaq./azadlıq/

1405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:14