Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2014

Səudiyyə Ərəbistanının terrorçuları maliyyələşdirməsi BMT-də müzakirə ediləcək

BMT-nin baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasının üzvləri ilə baş tutacaq görüşdə Səudiyyə Ərəbistanının İraqdakı terrorçuları maliyyələşdirməsi məsələsini müzakirə edəcək. Ans-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə baş katibliyin nümayəndəsi Martin Nesirki məlumat verib.

Onun sözlərinə görə, bu mövzu Təhlükəsizlik Şurasının yaxın zamanlarda baş tutacaq sessiyasında, və ya baş katibin və TŞ-nın 15 üzv ölkəsinin iştirakı ilə yanvarın 20-də hər ay baş tutan naharında müzakirə edilə bilər.

İranın "Əl-Aləm" telekanalı məlumat verib ki, İraqın baş naziri Nuri Əl-Maliki Bağdadda başqa ölkələrin səfirləri ilə görüşün gedişatında Səudiyyə Ərəbistanı və bir sıra başqa ölkələrin İraqın Ənbar əyalətində terrorçuları maliyyələşdirilməsi haqqında sübutlar təqdim edib.
1317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP