Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2014

Xalis balı necə tanıyaq?

Bal səhər yeməyinin ən ləziz qidalarından biridir. Lakin əsl balla saxta balı bir-birindən fərqləndirməyi də bacarmaq lazımdır. Biz isə sizə əsl balı ayırmaqda kömək edərik.

Bal soyuducuda donursa, əsl baldır.

Balın qalınlığı çox olmalı və axanda dayanmamalıdır. Kəsik-kəsik axan bal saxtadır. Güllərdən əldə edilən bal sürətlə, digər bal isə daha yavaş axır.

Əsl balı qaşıqla alanda kəsilmir.

Soyuducuda 1 ay qalan balın krem ya da kərə yağı qatılığa gəlməsi balın əsl olduğunun göstəricisidir.

Qələmin ucunu bala batırın sonra barmağınıza sürtün. Rəngli yazırsa, qarışıq baldır, rəng çıxmırsa, əsl baldır.

Soyuq havada donmayan bal isə saxtadır. Zeytun yağında olduğu kimi bankanın alt hissəsi donarsa, əsl baldır.

Saxta balın rəngi bir az daha açıq olur, normal balın qoxusu isə yoxdur. Normal balın qatılığı daha çoxdur.

Bal qaşıqdan yerə töküləndə uzanıb hörümcək toru kimi havada uçursa, saxta baldır.

Bal donanda və ya şəkərlənəndə isti yerdə qoymaq və qabı ilə birlikdə isti suda saxlamaq kifayət edir.

Əsl balın dadı saxta baldan daha kəskin olur. Çox yeyildiyi zaman yüngül yanma olur. Çünki əsl baldır.

Balda az da olsa, şəkərdən dolayı alkoqol var. Buna görə də kibrit çöpü və ya kağız üzərində cızıldayaraq yanar.
1497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43