Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2014

Əsəd Səudiyyə Ərəbistanını tənqid etdi

Suriya prezidenti Bəşər Əsəd İran Xarici İşlər naziri Cavad Zəriflə görüşdə Səudiyyə Ərəbistanını "bütün dünyaya təhlükə" adlandırıb.

Suriya prezidenti Bəşər Əsəd bir həftədən sonra fəaliyyətə başlayacaq "Cenevrə-2" konfransı çərçivəsində İran Xarici İşlər naziri Cavad Zəriflə görüşüb.

Görüşdə Suriya prezidenti Səudiyyə Ərəbistanını siyasi və dini ideologiyasını "bütün dünya üçün təhlükə" kimi dəyərləndirib.

Onun ilk növbədə Səudiyyə Ərəbistanın dövlət dini olan Vəhhabiliyi nəzərdə tutduğu deyilir. Əsədin fikrincə, vəhhabilik təhlükəsini nəinki Suriya sakinləri, həm də digər region xalqları da başa düşür.

"Biz bütün mübarizəmizi bu şər qüvvəyə və onun məhvinə yönəltməliyik" - deyə prezident iranlı nazirlə görüşdə bəyan edib.
1540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı