Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2014

Suriya, İran və Rusiya XİN rəhbərləri bu gün Moskavada görüşəcəklər

İranın və Suriyanın xarici işlər nazirləri Moskvada səfərdədirlər.

SalamNews-un İran mətbuatına istinadla verdiyi xəbərə görə, dünən Suriyadan Moskvaya rəsmi səfərə yola düşən İran XIN rəhbəri Məhəmməd Cavad Zərif Rusiya rəsmiləri ilə görüşlərdə nüvə məsələsi ilə bağlı müzakirə aparılacağını deyib.

O bildirib ki, bu gün Moskvada Suriya XİN rəhbəri Vəlid əl-Müəllim və Rusiayalı həmkarı Sergey Lavrovla üçtərəfli görüş baş tutacaq.

Xatırladaq ki, bu ayın 22-də Cenevrədə Suriya sülh danışıqları keçirələcək. Suriya hakimiyyətinin danışıqlara göndərəcəyi nümayəndə heyətinə ölkənin XİN rəhbəri Vəlid əl-Müəllim rəhbərlik edəcək. Amma müxalifət danışıqlarda iştirak etmək barədə son qərarı sabah verəcək.
1585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42